Türkiyədə törədilmiş partlayışda ölənlərin sayı 30 nəfərə, yaralıların sayı 94-ə çatıb

21-08-2016, 09:46           
Türkiyədə törədilmiş partlayışda ölənlərin sayı 30 nəfərə, yaralıların sayı 94-ə çatıb
Partlayış zamanı ağır yaralanmış daha 8 nəfər dünyasını dəyişib
Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində baş vermiş partlayış zamanı ölənlərin sayı 30 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Turkiyegazetesi.com" Qaziantep valiliyinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, partlayış zamanı ağır yaralanmış daha 8 nəfər dünyasını dəyişib. Bununla da terror aktında ölənlərin sayı 30-a yüksəlib.

Qeyd edək ki, toy mərasimi zamanı baş vermiş hadisə zamanı 94 nəfər müxtəlif cür xəsarət alıb.

Qaziantep valisi Əli Yerlikaya hadisənin terror aktı olduğunu bildirib

Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində baş vermiş partlayış zamanı ölənlərin sayı 22 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə Qaziantep valisi Əli Yerlikaya "CNN Türk" telekanalına açıqlamasında bildirib.

O, qeyd edib ki, hadisə zamanı 94 nəfər xəsarət alıb.

Qeyd edək ki, bir neçə saat əvvəl Qaziantep şəhərində keçirilən toy mərasimində partlayış baş verib. İlkin məlumata görə, kamikadze özünü partladıb.
Hadisənin terror aktı olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru