Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

24-04-2024, 00:13           
Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.

KONKRET.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Fransadakı evi qarət olunub. Hadisə o, ailəsi ilə birlikdə evdə olarkən baş verib. Bu barədə oyunçu şəxsi instaqram hesabında paylaşım edib.

Y. Yazıcı evin giriş qapısında səslər eşidib və dərhal polisə müraciət edib. Futbolçunun çağırışından sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarları həbs ediblər.

Qeyd edək ki, Yusif Yazıcı Fransada 3-cü dəfə bu cür halla üzləşib. Daha əvvəl onun avtomobili oğurlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru