Türkiyə Almaniyadan 62 biznesmeni tələb edir 22-08-2016, 12:21 Türkiyə Almaniyadan ölkədə dövlət çevrilişinə cəhd etmiş Fətullah Gülən hərəkatı ilə bağlı olan 62 biznesmenin verilməsini tələb edir.Bu barədə Türkiyə KİV-i məlumat yayıb.Tələb olunan biznesmenlər Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunurlar.Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olunub. Facebook-da paylaş