Türkiyədə avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanları yığışdırılacaq

22-08-2016, 22:11           
Türkiyədə avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanları yığışdırılacaq
Türkiyənin Baş Təhlükəsizlik İdarəsi avtomobillərdə FG hərfləri olan dövlət qeydiyyat nişanlarını yığışdıracaq.

"Report"un "Haberturk"ə istinadən verdiyi məlumata görə, buna səbəb həmin hərflərin Türkiyədə bu il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin adının baş hərfləri ilə eyni olmasıdır.

Dövlət qeydiyyat nişanlarında bu hərflərə malik avtomobillər yeni qeydiyyat nişanları ilə əvəz olunana qədər xüsusi dayanacaqlarda saxlanılacaq. Qərar həm şəxsi, həm də dövlət qulluqçularına məxsus avtomobillərə şamil edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru