CHP-nin sədri Azərbaycana səfər edəcək

9-05-2024, 08:26           
CHP-nin sədri Azərbaycana səfər edəcək
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək.

Bu barədə partiya rəhbəri “Habertürk”ə müsahibəsində deyib.

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti Şimali Kiprə etdim. Daha sonra Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, - deyə o qeyd edib.

Siyasətçi qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını açıqlayıb.
Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.

Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkidəki qələbə münasibəti ilə təbrik edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.