Əlilliyi olan şəxsin müavinəti 5 ildir kəsilib: Müraciətləri isə cavabsız qalıb

10-03-2025, 11:35           
Əlilliyi olan şəxsin müavinəti 5 ildir kəsilib: Müraciətləri isə cavabsız qalıb
Əlillik müavinəti kəsilib, müraciətləri də cavabsız qalıb.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Ucarın Pirkənd kənd sakini 61 yaşlı Mahir Həşimovun sözlərinə görə, 30 ildən çoxdur epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciəti əsasında Mahir Həşimova II qrup əlillik təyin edilib. 5 il əvvəl isə müavinətin verilməsi dayandırılıb.

Mahir Həşimovun sözlərinə görə, 5 il əvvəl yenidən müraciət edib. Ona yeni bank kartı verilsə də, heç bir vəsait köçürülməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru