Milli Məclisdə: "pensiya yaşına 2 ildən az qalmış şəxslər"lə Əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv edilməsinin qadağan edilməsi təklifi qaldırılıb

Bu gün, 08:28           
Milli  Məclisdə: "pensiya yaşına 2 ildən az qalmış şəxslər"lə Əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv  edilməsinin  qadağan edilməsi  təklifi qaldırılıb
Azərbaycan Respublikası Milli Məclisində: "pensiya yaşına 2 ildən az qalmış şəxslər"lə Əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv edilməsinin qadağan edilməsi təklifi qaldırılıb:
1.Əvvəlcədən deyim ki, bu çox yaxşı təklifdir, işçilərin əmək hüquqlarının müdafiəsi üçün edilən çox müsbət və sosial bir təklifdir.
2. Azərbaycan Respublikası Milli Məclisində: "pensiya yaşına 2 ildən az qalmış şəxslər"lə Əmək müqaviləsinin ləğv edilməsi təklifi belə əsaslandırılıb ki, bu yaşda olan işçilərin yeni Əmək müqaviləsi bağlaması çox çətin problemə çevrilir və işçilər bu hallarda işsiz qalırlar.
3.Hal hazırda qüvvədə olan: AR-sı Məşğulluq haqqında Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 213 saylı Qərarına ədasən aşağıdakı işçilər üçün kvota (güzəşt) nəzərdə tutulmuşdur və Məşğulluq mərkəzi və DOST xidməti tərəfindən bu kateqoriyan olan göndəriş əsasında işə qəbul edilməsi məcburidir.
4. Lakin, bu kateqoriyan olan işçilərlə onlarla bağlanmış Əmək müqaviləsinin ləğvedilməsi hallarında müəyyən boşluqlar da vardır və işəgötürənlər də bundan istifadə edərək kvotada göstərilən işçilərlə bağlanmış Əmək müqaviləsini ləğv edirlər. Onlar hesab edir ki, bu zaman işçilərin əmək müqaviləsi bağlanmasına aiddir, ləğvinə aid deyil. Bu barədə məhkəməyə edilən İddia ərizələri də bir çox təəssüf ki, məhkəmələr tərəfindən təmim olunmur.
5. Lakin, bu zaman işəgötürənlər yaddan çıxarırlar ki, əgər müəssisədə işçilərin ümumi sayı kvota üzrə 5 faizindən azdırsa, kvotada olan işçilərlə əmək müqaviləsi onların təşəbbüsü ilə ləğv edilə boıməz.
6. Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, bu dəyişiklik yalnız pensiya yaşına 2 il qalmış işçilərin əmək müqaviləsinin ləğvi barədə deyil, həm də AR - sının Məşğulluq haqqında Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 213 saylı Qərarında olan işçilər üçün də, kvota(güzəşt)nəzərdə tutulan işçilərə də şamil olunmalı, bu şəxslərlə də əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağan olunmalıdır.
7.Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyasına aşağıdakılar aid edilirlər:
20yaşadək gənclər;yetkinlik yaşınaçatmayan uşaqları tərbiyə edən tək çox uşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər; pensiya yaşına 2 ildən az qalmış şəxslər; əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar; cəza çəkmə yerlərindən azad edilmiş şəxslər; məcburi köçkünlər; müharibə veteranları; şəhid ailəsinin üzvləri.
Azer Quliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.