Ağ Ev yaxınlığında atışma, yaralanan var - Tramp iqamətgahında imiş

10-03-2025, 08:24           
Ağ Ev yaxınlığında atışma, yaralanan var -
Bu gün səhər saatlarında Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.

TEREF-ın xəbərinə görə, bu barədə “Reuters“ məlumat yayıb.

Həmin vaxt Prezident Donald Tramp Ağ Evdə deyil, Floridada iqamətgahında olub.

Qeyd
edilib ki, xüsusi xidmət orqanları bir şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Həmin şəxsin avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə atəş açmağa başlayıb.

Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib, sağlıq durumu açıqlanmır. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru