Dəməşq Ankaraya etirazını bildirdi: - "Bu, suverenliyimizin pozulmasıdır"

24-08-2016, 21:11           
Dəməşq Ankaraya etirazını bildirdi: - "Bu, suverenliyimizin pozulmasıdır"
Suriya hökuməti Türkiyə Silahlı Qüvvələrinin «Cerablus» əməliyyatına öz etirazını bildirib. FaktXəbər-in verdiyi məlumata görə, SƏR Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

«Tankların sərhəddi keçməsi suverenliyini pozulmasıdır», - deyə XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri rəsmi Dəməşqin izni olmadan sərhəddi keçərək dəstəklədikləri Azad Suriya Ordusu ilə birlikdə iki istiqamətdə əməliyyata başlayıblar. Belə ki, onlar kürd mövqelərinin yerləşdiyi Manbic şəhəri istiqamətinə və İŞİD terrorçularının olduğu Cerablus şəhəri yaxınlığını atəşə tutublar. Yeri gəlmişkən, Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyə Ordusunun artilleriya qüvvələrinin ancaq kürdlərin mövqelərini atəşə tutduğunu bəyan etmişdi.
İlkin məlumatlara görə türk hərbçilər artıq Hələbdədirlər.

«Yevfrat Qalxanı» əməliyyatında əsas məqsəd İŞİD-lə mübarizə göstərilsə də, ekspertlər Türkiyə komandanlığının ayrı məqsəd güddüyünü açıqlayıblar. Onların sözlərinə görə, Türkiyə qoşunlarının dəstəyi ilə silahlı qruplaşmaların Carablusa girişinin əsas məqsədi kimi cənubddan Suriya Demokratik Qüvvələrinin yaşayış məntəqəsinə yaxınlaşmasıdır. Başqa sözlə, Türkiyə daha bir ərazinin kürdlərin nəzarətinə keçməsini istəmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.