Bu iki türk rəsmisi də Rəisinin vida mərasimində iştirak edəcək

22-05-2024, 07:44           
Bu iki türk rəsmisi də Rəisinin vida mərasimində iştirak edəcək
Mayın 19-da müəmmalı helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin vida mərasimində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan da iştirak edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xatırladaq ki, mayın 19-da Xudafərindən Təbrizə uçan helikopterdə İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın ali dini liderinin Təbrizdəki nümayəndəsi Məhəmməd Əli Haşimi və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti olub. Helikopterin sərt eniş etməsi nəticəsində İran prezidenti və onu müşayiət edən bütün heyət həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru