Ərdoğan Suriyadakı hərbi əməliyyat barədə Putinə məlumat verib

26-08-2016, 19:12           

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində qərarlı olduqlarını bir daha vurğulayıblar. Söhbət zamanı Suriya məsələsi diqqət mərkəzində olub, Hələbə humanitar yardımın çatdırılması ilə əlaqədar səylərin gücləndirilməsi barədə razılıq əldə edilib.

R. T. Ərdoğan V. Putinə Türkiyə ordusunun Cerablusu azad etmək üçün həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı barədə məlumat verib. Türkiyə və Rusiya prezidentləri Çində keçiriləcək G-20 zirvəsində ikitərəfli görüş keçirmək barədə də razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru