Türkiyədə MİT və polis birgə əməliyyat keçirib

27-08-2016, 08:46           
Türkiyədə MİT və polis birgə əməliyyat keçirib
PKK terror təşkilatının gənclər qolu olan YDG-nin Egey bölgəsi üzrə lideri Türkiyə Milli İstihbarat Təşkilatı və polisin birgə keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunan T.A.nın Şimali İraq bölgəsində həm silahlı, həm ideoloji təhsil aldığı bildirilir.

Terrorçunun şərqi və cənub-şərqi Anadolu bölgələrində xəndək qazma hadisələrini Egey bölgəsində təkrarlamağı planlaşdırdığı üzə çıxıb. T.A-nın gəncləri və uşaqları aldadaraq əhəmiyyətli günlərdə küçəyə çıxarıb polislə qarşı-qarşıya gətirmək üçün planları da istintaqa bəlli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru