Yaraqlılardan ibarət ilk qrup Dəməşqin cənub-qərb ətrafını tərk edib

27-08-2016, 08:47           
Yaraqlılardan ibarət ilk qrup Dəməşqin cənub-qərb ətrafını tərk edib
Suriyada silahlı müxalifət yaraqlılarının çıxarılması üzrə ilk əməliyyat cümə günü Daraedə – Dəməşqin cənub-qərb ətrafında həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb. Lokal barışıq haqqında sazişə uyğun olaraq, bu rayonu ailələri ilə birlikdə quldur dəstələrinin 270 üzvü tərk edib. Onların hamısı avtobuslarda Suriyanın şimal-qərbində yerləşən və hazırda yaraqlıların nəzarətində olan İdlib şəhərinə yola düşüb.

Yaraqlıların bir qismi amnistiyadan yararlanaraq Suriya qoşunlarına təslim olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru