Türkiyədə üç sabiq səfir həbs olunub

27-08-2016, 08:52           
Türkiyədə üç sabiq səfir həbs olunub
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs olunub.

APA-nın “Millyet”ə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl şübhəli qismində saxlanılan Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, ölkənin UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Türkiyənin Kosta-Rikadakı səfiri Əli Fındıka qarşı həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaşın xaric edildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru