Ceyda Ersoy ekipaj üzvünə hücum edib

1-06-2024, 09:34           
Ceyda Ersoy ekipaj üzvünə hücum edib
Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə İstanbuldan Antalyaya gedən el arasında “Ciciş bacıları” kimi tanınan Ceyda Ersoyun kabin heyətinə hücum edib.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, təyyarədən endirilən və Antalya hava limanında saxlanılan Ərsoy ifadəsindən sonra sərbəst buraxılıb.

Bildirilir ki, İstanbuldan Antalyaya gedən THY təyyarəsinə minən Ceyda Ersoyun təyyarənin tualetindən istifadə etmək istədiyi iddia edilib.

Ersoy kabin işçisi ilə mübahisə etməyə başlayıb və mübahisə böyüyərkən o, kabin işçisinə hücum edib.

Hadisədən sonra təyyarənin pilotu Antalya Hava Limanı Hava Hərəkəti İdarəetmə Mərkəzi ilə əlaqə saxlayaraq polisə müraciət edib.

Təyyarə heç bir problem olmadan Antalya hava limanına enərkən Ceyda Ersoy polis tərəfindən təyyarədən endirilib və saxlanılıb.

İfadəsi alınan Ersoyun sərbəst buraxıldığı öyrənilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.