“Azərbaycanda ediləcək ən böyük səhv - dollar almaq” - Türkiyə mətbuatı

28-08-2016, 21:16           

“Azərbaycanda ediləcək ən böyük səhv - Dollar almaqdır”.

teref.az fins.az-a istinadən xəbər verir ki, Azərbaycan manatının vəziyyətinə toxunan Türkiyənin iqtisadi portallarından biri belə bir başlıqla çıxış edib.

Xəbərdə deyilir: “Qartopu kimi böyüyən devalvasiya riski Azərbaycan banklarında durğunluğu artırıb. S&P açıqlamalarına görə, dollarla ifadə olan vəsaitlər artıq 80% səviyyəsinə yüksəlib. Neftin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması fonunda Azərbaycan manatının Tacikistan somonisindən sonra ən pis performans göstərən ikinci valyuta olduğu bildirilir”.

Məlumatda Mərkəzi Bankın neft qiymətlərinin düşməsiylə əlaqədar manatı dəstəkləmək siyasəti fonunda rezervlərinin üçtə ikisini əritdiyi qeyd olunur. Bloomberg-ə istinad edən saytlar son günlərdə yenidən güclənən dollar tələbinin ardından banklarda mübadilə vəziyyətinin gərginləşdiyini bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru