“Gəlin maşınları”yla bağlı ciddi xəbərdarlıq - Terror təhlükəsi

29-08-2016, 11:12           

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra PKK/KCK rəhbərliyinin terror təşkilatı üzvlərinə yeni təlimatlar verdiyi məlum olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təşkilat rəhbərliyi üzvlərinə FETÖ-yə qarşı əməliyyatların sıx həyata keçirildiyi ərazilərdə terror aktı törətmək tapşırılıb.

Hərbi çevriliş cəhdindən sonra PKK-nın planlarını deşifrə edən təhlükəsizlik qüvvələri terrorçuların şəhər mərkəzlərinə bomba, sursat və təşkilat üzvlərini “gəlin maşını və konvoyu” görüntüsü verilən maşınlarla daşıdıqlarını müəyyən edib.

Bütün rayon polis idarələrinə “gəlin maşınları” ilə əlaqədar diqqətli olmaq barədə xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru