Dilan və Engin Polat cütlüyü ilə bağlı məhkəmədən yeni qərar: Kimlər azad edildilər? - VİDEO + FOTO

14-06-2024, 17:54           
Dilan və Engin Polat cütlüyü ilə bağlı məhkəmədən yeni qərar: Kimlər azad edildilər? - VİDEO + FOTO
Çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbsdə olan məşhur türkiyəli sosial şəbəkə fenomenləri Dilan və Engin Polat cütlüyünün məhkəmə işi ilə bağlı hökm çıxarılıb.

Bu barədə Dilan Polatın bacısı Sinem Sıla Doğunun vəkili Sibel Bozkulak "Instagram" hesabında paylaşım edib.

"Sinem Sıla Doğu ilə bağlı azadlığa buraxılma qərarı verilib", - deyə o paylaşımda bildirib.

Məhkəmə Engin Polatın atası Sezgin Polatın, əmisi Ahmet Gün və qardaşı Alper Kürşat Polatın həbsinin davam etdirilməsinə, lakin Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğunun barələrində həbs qətimkan tədbiri seçilmədən mühakimə olunmalarına qərar verib.

Başqa bir məhkəmə işi üzrə həbs qərarı olmayan Sıla Doğu və Can Doğu azadlığa buraxılıblar.

Həbsdən çıxan Sinem Sıla Doğunu ailə üzvləri qarşılayıblar. O, həbsxananın qarşısında "Dilan" deyə qışqıraraq ağlamağa başlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru