Türkiyənin müdafiə sənayesinin Ukraynaya hərbi dəstəyin verilməsində rolu artır

20-06-2024, 16:34           
Türkiyənin müdafiə sənayesinin Ukraynaya hərbi dəstəyin verilməsində rolu artır
Türkiyə Kyiv Birləşmiş Ştatların köməyi ilə Ukrayna qüvvələri üçün sursat çatışmazlığı problemini aradan qaldırmağa çalışdığı vaxt Ukraynanın mühüm silah tədarükçüsünə çevrilir. Türkiyənin silah istehsal edən bir şirkəti Texasda yeni sursat zavodunun açılması üçün ABŞ-la əməkdaşlıq edir. Daha bir Türkiyə şirkəti isə Ukraynada dron istehsal edən müəssisə açmağa hazırlaşır. Lakin Türkiyənin Moskvanın müharibə apardığı Ukrayna üçün mühüm silah təchizatçısı kimi artan rolu Ankara üçün dilemma yaradır.

ABŞ-ın ən müasir silah-sursat fabriki Türkiyənin Repkon şirkətinin ən müasir avadanlıqlarından istifadə edir. Təhlilçilərin fikrincə, bu, nəticədə ABŞ-da mərmi istehsalının üçdə birini təşkil edərək, Ukraynanın hazırkı çatışmazlığını qarşılamaq üçün olduqca vacibdir.

Demokratiyaları Müdafiə Fondunun eksperti Sinan Ciddi: “Türkiyənin bu addımı atması diqqətəlayiqdir, çünki Türkiyə tədarük və istehsal etmək qabiliyyətinə malik olmaqla yanaşı, həm də tərəfdaşı Ukraynaya təchiz etdiyi mərmilərin sayının tükənməkdə olduğu ABŞ üçün bir növ həyati əhəmiyyətli təchizat xəttidir”.

ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake əməkdaşlığı əlaqələrin dərinləşdirilməsinin artan əhəmiyyətinin əlaməti kimi qiymətləndirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yaxın münasibəti Ankara ilə Vaşinqton arasında gərginlik mənbəyinə çevrilib.

Türkiyənin digər şirkəti Baykar Ukraynada hərbi dron istehsal edən zavod tikir. Təhlilçilər bunun Ankaranın Kiyevə artan bağlılığını göstərdiyini bildirir.

Müdafiə məsələləri üzrə təhlilçi Tayfun Özberk: “Müharibə şəraitində Ukraynada zavod tikmək bir qədər risklidir. Əlbəttə, Ukraynada zavodun yaradılmasının siyasi mesajı var. Amma mən inanıram ki, bu, Türkiyənin bu müharibədə mövqeyini dəyişməyəcək”.

Lakin təhlilçilər xəbərdarlıq edirlər ki, Ukraynaya dəstəyin artırılması Ankaranın Moskva və Qərb müttəfiqləri ilə əlaqələri balanslaşdırmaq siyasəti qarşısında sınaq olacaq.

Müdafiə məsələləri üzrə təhlilçi Sine Özkaraşahin: “Türkiyənin Rusiya ilə bağlı siyasəti daha çox hissələrə ayrılma dediyimiz bir şeyə əsaslanır. Buna görə də siz Ukraynada davam edən müharibə və Suriyada vəziyyət kimi bir çox fərqli və mühüm məsələlərdə fikir ayrılıqları olduğu ilə razılaşa bilərsiniz, amma enerji ticarəti kimi müxtəlif sahələrdə yenə də əməkdaşlıq edəcəksiniz”.

Təhlilçilər bildirirlər ki, Türkiyənin müdafiə sənayesi Ukraynaya və Qərb müttəfiqlərinin Ukrayna hərbi qüvvələrini təchiz etmək səylərinə dəstəyi artırsa da, Ankara Rusiyanın mühüm ticarət tərəfdaşı olaraq qalır və Qərbin bir sıra sanksiyalarını tətbiq etməkdən imtina edir.

Demokratiyaları Müdafiə Fondunun eksperti Sinan Ciddi: “ABŞ Maliyyə Nazirliyi Türkiyə şirkətlərinə Rusiya hərbi qüvvələrini ikili təyinatlı mallar, o cümlədən mikroçiplər, eləcə də ukraynalılara qarşı istifadə edilən müasir Rusiya silahlarının istehsalına birbaşa aid olan silah hissələri tədarük etdiyinə görə sanksiya tətbiq edib. Beləliklə də, Türkiyə siyasi spektrdə hər iki tərəfdə oynayır. Bu, həqiqətən də ABŞ-ı Türkiyənin bir növ ikiqat oyunu barədə daha çox və davamlı olaraq susmaq məcburiyyətində qoyaraq çətin vəziyyətə salır.”

Türkiyənin bir il ərzində iki yeni hərbi təyyarə nümayiş etdirməsi ilə prezident Ərdoğan Türkiyənin müdafiə sənayesinin artan əhəmiyyətini vurğulayıb. Bu rol həm Qərb, həm də Rusiya ilə münasibətlərini balanslaşdırmağa davam edən Türkiyə üçün əlavə dilemmalar yaradır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.