Başa tuşlanan güllə - Ankarada baş verən dəhşətli qətlin təfərrüatları ortaya çıxdı

20-06-2024, 12:49           
Başa tuşlanan güllə - Ankarada baş verən dəhşətli qətlin təfərrüatları ortaya çıxdı
Ötən həftə Ankarada şotland əri tərəfindən öldürülən məşhur çex rəssamı, aktrisası Viktoriya Veranın yaxınları danışıb.

KONKRET.az xəbər verir ki, Çankaya İncəkdə yaşadıqları villada Victoria Vera Blitin cib telefonuna gələn mesajlara görə mübahisə yaranıb. 53 yaşlı ər arvadına silahla hücum edib. Onu güllələdikdən sonra 3 övladını qohumlarına təhvil verib.

Neft qazma ilə məşğul olan şirkətin sahibi olan və işinə görə 5 il əvvəl Ankarada məskunlaşan Tomas Blit artıq həbs olunub.

İngilis mətbuatına açıqlama verən cütlüyün dostları gənc qadının Türkiyədə yaşamaqdan xoşbəxt olduğunu deyib. Hadisədən şoka düşdüklərini bildirən dostlar müğənni və komediya aktyoru Viktoriyanın ölümündən dərin sarsıntı keçirdiklərini bildiriblər.

Məlum olub ki, əri arvadının onu tərk etmək istəyindən xəbər tutub. Cinayətin əsas səbəbi isə arvadının ona xəyanət etməsi olub.
“Münasibətlərində daimi gərginlik var idi. Viktoriya son zamanlar ondan ayrılacağını demişdi. Əri isə buna hazır deyildi”, – deyə dostları bildirib.

Rəsmiyyə Şərifova,













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.