Turist gəmisi yandı, 4 sərnişin xəsarət aldı

15-07-2024, 15:58           
Turist gəmisi yandı, 4 sərnişin xəsarət aldı
Türkiyənin Marmaris kurort sahillərində turist gəmisi yanıb, 4 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barə “DHA” agentliyi məlumat yayıb.

Məlumata görə, yirmi metrlik taxta gəmi naməlum səbəbdən qəflətən alışıb. Bir qrup xarici turist yanan gəmidən suya tullanaraq xilas ola bilib, digər qrup isə qonşu yaxtaların, gəmilərin və sahil mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib.

Gəmidən 39 nəfər təxliyə edilib, 4 nəfər yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Sahil mühafizəsi yanğını söndürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru