Marmaris sahillərində alovlanan gəmi batdı VİDEO

15-07-2024, 12:18           
Marmaris sahillərində alovlanan gəmi batdı VİDEO
Türkiyənin Marmaris sahillərində turistlərin əyləncəsi üçün nəzərdə tutulan gəmidə baş verən yanğında ən azı iki nəfər yanıb.

İHA xəbər verir ki, bu barədə Marmaris administrasiyasının rəhbəri Nurullah Kaya məlumat verib.

Qeyd olunub ki, hadisə baş verən zaman gəminin göyərtəsində ümumilikdə 37 nəfər olub. Keçi adasına bir günlük tura çıxan gəmidə naməlum səbəblərdən yanğın baş verib.

Yanğın sürətlə bütün gəmiyə yayılıb, 34 sərnişin və üç ekipaj üzvü dənizə atılıb. Onlar yaxınlıqdakı şəxsi yaxtalar və sahil mühafizə gəmiləri tərəfindən xilas ediliblər.

Yanğın söndürüldükdən sonra gəmi batıb, prokurorluq araşdırma aparır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.