Ərdoğan: "Türkiyə xarici əməkdaşlığı blok çərçivələri ilə məhdudlaşdırmır"

17-07-2024, 13:18           
Ərdoğan: "Türkiyə xarici əməkdaşlığı blok çərçivələri ilə məhdudlaşdırmır"
Türkiyə Qərb naminə Şərqdən üz döndərmir və Şərq naminə Qərbi diqqətdən kənarda qoymur.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa müraciətində bildirib.

“Biz kiminsə bizi blok çərçivələri ilə məhdudlaşdırmasına imkan verməyəcəyik. Biz Qərb naminə Şərqdən üz döndərmirik və Şərq naminə Qərbə də laqeyd yanaşmırıq. Dostlarımızın sayının artmasına böyük önəm veririk. Görürük ki, bu təşəbbüslər təkcə bizə deyil, həm də qonşularımıza lazımdır”, - Ərdoğan deyib.

O xatırladıb ki, iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammiti çərçivəsində Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə danışıqlar aparıb.

“Görüşlərimiz çox məhsuldar keçdi, biz Rusiya və Çin ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik”, - Türkiyə dövlət başçısı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru