Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu

18-07-2024, 11:38           
Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu
Yunan müğənni Despina Vandinin İzmir vilayətində verəcəyi konsert səhnədəki türk bayrağı və Atatürk posterinin endirilməsini tələb etdiyi üçün ləğv edilib.

Lent.az xəbər verir ki, Türkiyə Təhsil Vəqfinin İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında təhsilin xeyrinə konsert təşkil olunub.

Tamaşaçılarla dolu olan teatrda konsert verməyə hazırlaşan Despina Vandi gözləməyə baxmayaraq səhnəyə çıxmayıb.

Bir müddət sonra açıqlama verən Fondun İzmir Şöbəsinin prezidenti Gülnur Sonbayraktar müğənninin gözlənilməz səbəblərdən son anda konsertə gələ bilmədiyini, biletlərin istəyənlərə geri qaytarıla biləcəyini açıqlayıb.

Daha sonra müğənninin səhnədəki bayrağa və Atatürkün posterinə görə səhnəyə çıxmaqdan imtina etdiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru