Türkiyədə iş adamı ağacdan iplə asılmış halda tapıldı

18-07-2024, 15:44           
Türkiyədə iş adamı ağacdan iplə asılmış halda tapıldı
Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 45 yaşlı iş adamı ağacdan iplə asılmış halda ölü tapılıb.
Malatya-Elazığ avtomobil yolunun kənarında ağacdan asılan şəxsi görənlər polisə məlumat veriblər.

Hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. Müayinə zamanı kişinin öldüyünü müəyyən edilib.

Həyatını itirən şəxsin 45 yaşlı iş adamı Mehmet Köse olduğu məlum olub.

Hadisə ilə bağlı istintaq davam edir.


NTV.com.tr












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.