Türkiyə XİN: Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacağıq

20-07-2024, 15:08           
Türkiyə XİN: Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacağıq
"Türkiyə İsrailin Qəzza sakinlərinə qarşı törətdiyi cinayətlərin cəzasız qalmaması üçün səy göstərəcək".
Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qəbul etdiyi qərar ilə bağlı Respublika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Beynəlxalq Ədalət Məhkəməsi iyulun 19-da verdiyi məşvərət rəyində İsrailin Fələstində işğalçılıq siyasəti yürütdüyünü de-yure təsdiqləyib. İsrailin Qəzza xalqına qarşı törətdiyi və soyqırım sayılan cinayətlərin cəzasız qalmaması üçün səylərimizi davam etdirəcəyik", - deyə məlumatda qeyd edilib.

Beynəlxalq Ədalət Məhkəməsi daha əvvəl İsrailin Fələstin ərazilərində mövcudluğunu qeyri-qanuni elan edən məsləhət xarakterli qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru