Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU

27-07-2024, 13:08           
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
Türkiyədə fahişəliyə qarşı əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, “Taksi-1” adlı əməliyyat Kars şəhərinin Arpaçay qəsəbəsində baş tutub. Polisin 2 ay izləməsindən sonra əcnəbi qadınların zorla fahişəliyə cəlb olunduqları kaznioya taksi ilə basqın edilib.

Nəticədə 1-i iranlı, 5-i azərbaycanlı qadın ələ keçirilib. Həmçinin kazinoda “insan alveri”ndə şübhəli bilinən 1-i qadın olmaqla 6 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı obyektdən maddi sübutlar da tapılaraq, götürülüb. İnsan alverində şübhəli bilinənlər məhkəməyə, ələ keçirilən əcnəbi qadınlar isə ölkədən çıxarılması üçün aidiyyatı şöbəyə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru