Acun Ilıcalı şikayət etdi, Əziz Yıldırım “şübhəli” kimi ifadə verdi

31-07-2024, 09:57           
Acun Ilıcalı şikayət etdi, Əziz Yıldırım “şübhəli” kimi ifadə verdi
Acun Ilıcalı şikayət etdi, Əziz Yıldırım “şübhəli” kimi ifadə verdi
“Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırım, Acun Ilıcalının verdiyi şikayət əsasında prokurorluğa “şübhəli” olaraq ifadə verib.

İndex.az xəbər verir ki, “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırım 2024-cü ilin iyun ayında verdiyi açıqlamada Acun Ilıcalının şikayəti əsasında ifadə vermək üçün Çağlayandakı İstanbul Ədalət Sarayına gəlib.

Prokurorluğa “şübhəli” kimi ifadə verən Yıldırım ifadəsindən sonra heç bir açıqlama vermədən məhkəmə binasını tərk edib.

Qeyd edək ki, Əziz Yıldırım Acun Ilıcalını Dominikada FETÖ üzvlərinə pasport və yaşama icazəsi verməkdə ittiham etmişdi.

Yıldırım, “Fənərbaxça” prezident seçkiləri zamanı Nilüfer Mütəşəkkil Sənaye Bölgəsində Fənərbaxça konqres üzvləri ilə keçirdiyi görüşdə Acun Ilıcalıya reaksiya verərək bunları söylədi:

“2016 və ya 2017-ci ildə basketbol komandamız “Beşiktaş”ı məğlub edərək çempion oldu. Həmin çempionat mərasimində Acun da iştirak edirdi. İki Dominikanlı var idi. Dedilər ki, Acun Dominikanda FETÖ-çülərə pasport və yaşayış icazəsi verir. Onunla danışdım və belə şey eləmə dedim, o da cavabında etmirəm dedi, amma sonradan öyrəndik ki, bu işə davam edib. Adnan Oktarın yanına cəmi 1 il getdiyini deyir, amma 9 il gedib. Onun haqqında yazılan 3500 səhifəlik xülasəni oxudum”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.