Dünya Bankı Türkiyəyə 600 milyon dollar maliyyə yardımı edir
31-07-2024, 12:09
Dünya Bankı Türkiyəyə maliyyə yardımı edəcək.
İndex.az xəbər verir ki, Dünya Bankının İcraçı Direktorlar Şurası Türkiyəyə ediləcək 600 milyon dollarlıq maliyyə dəstəyini təsdiqləyib.
Bu dəstək 2023-cü ilin fevralında Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılmış və ya ciddi ziyan dəymiş mikrobizneslərin canlandırılmasına töhvə verəcək.