Aralıq dənizində ard-arda üç güclü zəlzələ olub

8-08-2024, 09:04           
Aralıq dənizində ard-arda üç güclü zəlzələ olub
Aralıq dənizində ard-arda üç dəfə güclü zəlzələ olub.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Krit adası sahillərində 5,2 ballıq zəlzələ qeydə alınıb. Bundan sonra Aralıq dənizi sahillərində 4,7 və 3, 9 bal gücündə daha iki zəlzələ olub.

Zəlzələlərin dərinliyinin müvafiq olaraq 5,5, 5,2 və 4,5 kilometr olduğu bildirilib. Təbii fəlakət İzmir və Antaliyada da hiss edilib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Adana şəhərində də ard-arda zəlzələlər olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru