Azərbaycandan Qırğızıstana neft tədarükü müzakirə edilib

8-08-2024, 17:24           
Azərbaycandan Qırğızıstana neft tədarükü müzakirə edilib
Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi - Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə də toxunulub.
Azərbaycandan Qırğızıstana neft tədarükü və Qırğızıstanda istehsal olunan quzu əti və lobya daxil olmaqla, kənd təsərrüfatı məhsullarının ixracı perspektivləri müzakirə edilib. Bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Müzakirələr Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə keçirdiyi görüşdə aparılıb.
Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi - Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə də toxunulub. Tərəflər bu istiqamətdə birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.
Qırğızıstan Prezidenti Sadır Japarovun bu ilin aprelində Azərbaycana dövlət səfəri zamanı nizamnamə kapitalı 100 milyon ABŞ dollarına çatdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti müzakirə olunub.
Görüşdə həmçinin ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
Xatırladaq ki, 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon dollar artaraq 64,9 milyon dolları keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.