Türkiyədə "Wikipedia problemi" necə həll olunmuşdu ?
14-09-2024, 11:14
2017-ci ildə Wikipedia Türkiyə hökuməti tərəfindən bu ölkədə bloklanmışdı. Buna səbəb olaraq, hökumət bəzi məqalələrdə PKK-ya dəstək verən və milli təhlükəsizliyə təhdid yaradan məqamların olduğunu bildirirdi.
Eyni zamanda Türkiyə Prezidenti R.T.Ərdoğanla bağlı təhqiredici materialların da bu platformada yer aldığı qeyd edilirdi.
Xatırladıram ki, bloklanmazdan öncə Türkiyə hökuməti bu məlumatların çıxarılmasını tələb etmiş, lakin Türkiyənin TrViki icması və idarəçiləri həmin məqalələrin silinməsini və ya redaktəsini qəbul etməmişdir. Bununla bağlı onlar arasında da ciddi fikir ayrılıqları olmuşdu, qütbləşmə yaranmışdı. O zaman Türkiyənin TrViki idarəçiləri və icması da bu problemi çözə bilməmişdi.
Yəni o zaman Türkiyədəki problem indi bizdə olduğu kimi icma daxilində deyil, hökumətlə Wikipedia icması arasındakı fikir ayrılığından yaranmışdı.
Nəticədə hökumət baltanı kökundən vuraraq Wikipedianı tam qapatmışdı.
Belə olan halda Wikipedianı idarə edən Wikimedia Foundation qurumu Türkiyənin Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Uzun müzakirələrdən sonra, 2020-ci ildə Məhkəmə Wikimedia Foundation-in iddiasını əsaslı hesab edərək, girişin qapadılmasını ifadə azadlığının pozulması kimi dəyərləndirərək bloklanmanın qanunsuz olduğu haqda qərar çıxardı.
Eyni zamanda mübahisəli məqalələr də yenidən redaktə olunmuşdu.
Osman Gunduz
TEREF