Milli fəal Həsən İbrahimi Şiran 3 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün, 17:14           
Milli fəal Həsən İbrahimi Şiran 3 il müddətinə azadlıqdan məhrum edilib
Ərdəbil vilayətindən olan azərbaycanlı mədəni fəal Həsən İbrahimi Şiran Tehran İnqilab Məhkəməsi tərəfindən üç il həbs cəzasına məhkum edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, bu hökm Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Salavatinin qərarı ilə verilib. Ərdəbil vilayətinin Nir şəhərində yaşayan fəal İbrahimi Şiranın hansı ittihamlarla üzləşdiyi hələlik açıqlanmayıb.

Həsən İbrahimi Şiran bu ilin fevralında, İran Azərbaycanı və ölkənin bir neçə digər vilayətində türk fəalların kütləvi həbsi zamanı saxlanılmışdı. O, iki həftə müddətində Tehrandakı Evin həbsxanasının 209-cu bölməsində Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlanılıb və dindirilib.

Daha sonra o, girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti azadlığa buraxılıb.

Hüquq müdafiəçilərinin yayımladığı məlumata görə, fevralın ilk həftəsində ölkənin müxtəlif şəhərlərində otuz nəfərə qədər azərbaycanlı milli fəal saxlanılıb və onlar Evin həbsxanasının 209-cu təcridxanasına aparılaraq sorğu-suala çəkiliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.