Davudoğlu: “Əsəd Ərdoğana verdiyi təkəbbürlü cavabların bədəlini ödəyir”

3-12-2024, 16:14           
Davudoğlu: “Əsəd Ərdoğana verdiyi təkəbbürlü cavabların bədəlini ödəyir”
Keçmiş Baş nazir və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu jurnalist Cüneyt Özdəmirin “YouTube” kanalında yayımlanan efirdə Suriyadakı son hadisələr və baş nazirlik dövründə baş verənlərlə bağlı açıqlamalar verib.
Davudoğlu, prezident Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədə dialoq çağırışları və aldığı mənfi cavablara toxunub.

“Əsəd cənab Ərdoğanın çağırışlarına təkəbbürlə cavab verdi. İndi müəyyən mənada bu təkəbbürlü cavabların bədəlini ödəyir. Əgər Əsəd Türkiyə ilə razılaşaraq həll yolu axtarsaydı, hələ də Dəməşqdəki mövqeyini qoruyub saxlayacaqdı”, – Davudoğlu deyib.

Əsədin öz xalqı ilə döyüşməyə üstünlük verdiyini iddia edən Davudoğlu, son günlər müxalif silahlıların nəzarətinə alınan Hələbin Suriya məzhəb rejiminə qarşı olduğunu iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru