ATƏT-in yeni baş katibi türk oldu: MQ-ni şəxsən ləğv edəcək!

7-12-2024, 09:22           
ATƏT-in yeni baş katibi türk oldu: MQ-ni şəxsən ləğv edəcək!
Maltada ATƏT-in yeni baş katibi seçilib. Bu mühüm Avropa strukturunun yeni məsul şəxsi təcrübəli türk diplomatı, səfir Firudin Sinirlioğludur.

Axar.az xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan sosial şəbəkə hesabında yazıb.

“İstisna etmirəm ki, onun özü də hər cür səy göstərəcək və uğur qazanacağı təqdirdə ATƏT-in Minsk Qrupunun (Türkiyə və Azərbaycanın səy göstərdiyi və Ermənistanın faktiki hökumətinin əleyhinə olmadığı) ləğvini şəxsən imzalayacaq.

Amma bu xəbərin başqa maraqlı detalı var: Türkiyə diplomatının namizədliyinə Ermənistan da səs verib”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru