Türkiyədə avtobus aşıb, dörd nəfər ölüb, 24 yaralı var 14-02-2025, 08:28 Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.Hadisə nəticəsində dörd nəfər ölüb, daha 24-ü yaralanıb.Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Facebook-da paylaş