Ərdoğan Hillari Klintona:"Sənin NATO-da ortağın PKK, PYD, YPG-dir, yoxsa Türkiyə?"

15-10-2016, 00:49           
Ərdoğan Hillari Klintona:"Sənin NATO-da ortağın PKK, PYD, YPG-dir, yoxsa Türkiyə?"
“İŞİD-ə qarşı koalisiya qüvvələri Suriyada nə üçün PKK-nın qolu PYD, onun silahlı qanadı YPG ilə birgə hərəkət edir? Biz özümüz bu işi birlikdə bacararıq”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən mitinqdə çıxışında bildirib.

R. T. Ərdoğan ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun prezident seçiləcəyi təqdirə, PYD-yə silah verməyə davam edəcəklərini bəyan etməsinə də toxunub: “Bu açıqlamanı təəssüflə qarşılayıram. Sənin NATO-da ortağın PKK, PYD, YPG-dir, yoxsa Türkiyə? Əgər müttəfiqin Türkiyədirsə, Türkiyə ilə bir masaya əyləşəcəksən və birgə addım atacaqsan. Terror təşkilatları ilə mübarizə aparırsınızsa, birgə hərəkət edə bilərik. Ancaq İŞİD-lə mübarizə adı altında Suriya və İraqda həyata keçirilməyə çalışılan plan fərqlidir”.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru