Abdullah Güldən İmamoğluna dəstək: “Ədalət itərsə, Türkiyə uduzar”

Bu gün, 09:12           
Abdullah Güldən İmamoğluna dəstək: “Ədalət itərsə, Türkiyə uduzar”
Türkiyənin sabiq prezidenti Abdullah Gül İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğluna qarşı aparılan hüquqi proseslərlə bağlı ilk dəfə açıq mövqe sərgiləyib.

"Karar" qəzetinə istinadla Musavat.com xəbər verir ki, Gül bu məsələni birbaşa hüquq və xalq iradəsinin təhrif edilməsi kimi qiymətləndirib.

Gül açıqlamasında belə deyib:

“Vaxtılə ilə hörmətli prezident Rəcəb Tayyib Ərdoğan və şəxsimə qarşı edilən haqsızlıqların ictimai vicdan tərəfindən necə qəbul edilmədiyini xatırlayaq.

Bənzər yanlışlıqlar, xalqın iradəsi ilə bələdiyyə başqanı seçilmiş Əkrəm İmamoğluna da edilməməlidir.”

Abdullah Gül bu açıqlaması ilə həm də keçmişlə paralellər quraraq, "İmamoğlunun siyasi hədəfə çevrilməsinin" cəmiyyət tərəfindən haqlı olaraq qəbul edilməyəcəyini vurğulayıb. O əlavə edib ki, bu cür proseslər Türkiyədə hüququn nüfuzunu zədələyə və ölkənin bütövlükdə uduzmasına səbəb ola bilər:

“Hüquq və ədaləti itirməməliyik. Əks halda, uduzan Türkiyə olar.”

Xatırladaq ki, Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar çərçivəsində o da daxil olmaqla 100-dən çox şəxsin istintaqa cəlb olunduğu bildirilir. Məsələ ictimaiyyətdə və siyasi dairələrdə ciddi rezonans doğurub.

Türkiyənin sabiq prezidenti, AK Parti qurucularından olan Abdullah Gülün bu açıqlaması, İmamoğlunun müdafiəsinə keçən ilk sabiq dövlət başçısı mövqeyidir və bunun siyasətdə yeni müzakirələrə yol açacağı gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.