720 polis mülki geyimdə izləyəcək... - Nazir göstəriş verdi

31-03-2025, 00:12           
720 polis mülki geyimdə izləyəcək... -
Türkiyədə 636 polis və 84 jandarma olmaqla, ümumilikdə 720 nəfər əməkdaş sərnişin kimi avtobuslara minib sürücüləri müşahidə edəcək.

Bunu daxili işlər naziri Əli Yerliqaya deyib.

O, bayram tətili öncəsi yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə avtobuslarda mülki nəzarətin başladığını açıqlayıb.

Nazir bildirib ki, mülki nəzarətçilər səyahət zamanı sürücülərin qaydalara əməl edib-etmədiyini yoxlayacaq. Xüsusilə sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və digər yol hərəkəti qaydalarına əməl edilməsi nəzarətdə saxlanılacaq.

“Lütfən, sürət həddini aşmayaq, avtobuslarda və digər nəqliyyat vasitələrində təhlükəsizlik kəmərindən istifadəni unutmayaq. Unutmayaq ki, səyahətlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil", - nazir bildirib. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru