Müayinə zamanı kişinin sidik kisəsindən tapılanlar həkimləri şoka saldı - FOTO

15-04-2025, 16:24           
Müayinə zamanı kişinin sidik kisəsindən tapılanlar həkimləri şoka saldı - FOTO
Müayinə zamanı kişinin sidik kisəsindən tapılanlar həkimləri şoka saldı - FOTO

Türkiyədə 40 yaşlı kişi kateterdə problem yarandığı üçün həkimə müraciət edib. O, uşaqlıqda sidik kisəsinin böyüdülməsi əməliyyatı və kateter stoması olduğunu bildirib.
Sfera.az hadisənin təfərrüatlarını təqdim edir.

Belə ki, kişi şikayətlərinin səbəbini yoxlamaq üçün diaqnostikaya göndərilib. Onda ağrı, qızdırma və infeksiya əlaməti olmamasına baxmayaraq, həkimlər ultrasəs müayinəsi aparıb və görüntülərdə gördükləri mütəxəssisləri şoka salıb.

Müayinə zamanı məlum olub ki, kişinin sidik kisəsində bərabər həndəsi nisbətdə nəhəng daşlar var. Altı konkresiyadan biri kub şəklində, beşi isə bərabərtərəfli piramida şəklində olub.

Kişi dərhal xəstəxanaya çatdırılıb və daha sonra uğurlu əməliyyat olunub. Əməliyyat zamanı cərrahlar aşkar ediblər ki, kub daşın kənarının uzunluğu hər tərəfdən 7 sm, piramidanın kənarları isə 6 sm uzunluğunda, daşın ümumi kütləsi isə 2 kq-dan çox olub.

Sonradan bu hadisə haqqında Türkiyənin ixtisaslaşmış tibb jurnallarında araşdırma yazıları verilib. Əməliyyatdan sonra kişi 10 gün tibb müəssisəsində qalıb, təqib müayinəsi sidik kisəsində yeni daşların əmələ gəlməsini aşkar etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru