İstanbulda zəlzələ zamanı 151 vətəndaş xəsarət alıb

24-04-2025, 09:44           
İstanbulda zəlzələ zamanı 151 vətəndaş xəsarət alıb
İstanbulda zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.

İndex.az xəbər verir ki, bu barədə hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, onlara lazımi tibbi yardım göstərilir.

“Təşviş nəticəsində hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur. İnsan tələfatı və dağıntı qeydə alınmayıb. Fatih rayonunda tərk edilmiş bina çöküb”, – məlumatda bildirilib.

Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən verilən məlumata görə, saat 12:13-də baş verən 3,9 maqnitudalı zəlzələdən sonra üç saat ərzində daha 46 təkan baş verib. 1,6 maqnitudalı ən zəif təkan İstanbulun Silivri və Böyükçəkməcə bölgələrində, 6,2 maqnitudalı ən güclü təkan isə Silivridə qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru