Rusiyadan sonra Türkiyədən də ABŞ-la bağlı - Xəbərdarlıq

13-11-2016, 02:44           
Rusiyadan sonra Türkiyədən də ABŞ-la bağlı - Xəbərdarlıq
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-a səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, vətəndaşlara edilən müraciətdə ABŞ-da irqçi aksiyalarının, eləcə də seçkilərdən sonra zorakılıq hallarının artdığı və bu səbəblərdən dolayı ABŞ-da yaşayan, bu ölkəyə gedəcək olanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərində məğlub olan Hillari Klintonun tərəfdarları Nyu York, Çikaqo, Filadelfiya, Mayami, Los Anceles, Sietl, Oklənd, Portlənd və digər şəhərlərdə aksiyalar keçirərək Trampın prezidentliyinə qarşı çıxırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru