Türkiyə ordusu Əl-Baba hücuma keçdi –6 kənd azad edildi, ordu şəhərin bir addımlığına çatdı

13-11-2016, 21:21           

Bu gecə saat 02.00 radələrində Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına start verib.

Buna səbəb PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin Əl-Baba yaxınlaşması olub.

Əməliyyata start verən müxalif Azad Suriya Ordusu Hazvan, Süsyan, Aldana, Kıyran, Uglan və Avlan kəndlərini İŞİd-dən alıb. Azad Suriya Ordusunun birlikləri hazırda Əl-Bab şəhərinin 2 km yaxınlığındadır.

Qeyd edək ki, Əl-Bab İŞİD terror təşkilatının Suriyada Rakka şəhərindən sonra əsas ikinci mərkəzidir. Əl-Bab strateji mövqeyi ilə seçilir. PKK-nın Suriya qolu olan PYD bu şəhəri ələ keçirərək Suriyada elan etdiyi kürd kantonları birləşdirməyə çalışır. Bu kantonlar Türkiyə sərhədində yerləşir. Türkiyə bəyan edib ki, sərhədində terror qurşağının yaranmasına yol verilməyəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, Əl-Babın PYD-nin nəzarətinə keçməsinə imkan verilməyəcək.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru