“Ermənistanla sərhəd açıslın, soyqırım tanınsın, Qarabağ...”

9-06-2015, 15:10           

Türkiyədəki seçkilərdə 80 deputatla Böyük Millət Məclisinə daxil olan Xalqların Demokratik Partisi (HDP) Ermənistanla normal münasibətlərin qurulmasına çağırıb.

Strateq.az bildirir ki, HDP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Nəzmi Gur RİA-Novosti-yə bildirib ki, partiya qondarma soyqırımın tanınmasının tərəfdarıdır.

“Biz Ermənistanla münasibətlərin normallaşması haqqında protokolların icra olunmasına və sərhədlərin açılmasının tərəfdarıyıq. Türk-erməni münasibətləri Qarabağ probelminin həllindən asılı olmamalıdır. Bu məsələ erməni və azərbaycan xalqlarının məsələsidir və danışıqlar yolu ilə həll edilməlidir. Biz həmçinin Osmanlı imperiyasında baş vermiş erməni soyqırımının tanınmasını istəyirik”, - deyə Nəzmi Gur bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru