Tələbə yataqxanası yandı: 13 ölü, 22 yaralı - Fotolar

30-11-2016, 01:28           

Türkiyədə tələbə yataqxanasında yanğın baş verib.

Musavat.com-un məlumatına görə, hadisə Adana əyalətinin Aladağ rayonunda, qız tələbə yataqxanasında baş verib. Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik yanğın barədə açıqlama verərək 13 nəfərin öldüyünü bildirib. Onlardan 12-nin tələbə, birirnin isə yataqxana işçisi olduğu bildirilir. Tələbə yataqxanasında ümumilikdə 31 qız tələbə qalırmış.

Adana valisi Mahmut Demirtaş isə 22 nəfərin yanıq xəsarəti ilə xəstəxanaya aparıldığını deyib. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınlarının cəlb edildiyi bildirilir.

Baş nazirin müavini Veysi Kaynak və daxili işlər naziri Süleyman Soylu da hadisə baş verən yataqxanaya gedib.
Tələbə yataqxanası yandı: 13 ölü, 22 yaralı - Fotolar














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru