İŞİD Suriyada iki türk hərbçisini girov götürdüyünü iddia edir

30-11-2016, 09:34           

İŞİD terror qruplaşmasının üzvləri Suriyada itkin düşən iki türk hərbçisini girov götürdüyünü elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “SITE Intelligence Group” nəşri məlumat yayıb.

“İŞİD Hələb istiqamətindəki Əl-Bab şəhərinin şərqində yerləşən kənd yaxınlığında iki türk hərbçisini əsir götürdüyünü bildirib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərdə bildirilib ki, Türkiyə ordu komandanlığı Suriyada “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqəni itirib.

“15.30 radələrində “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqə kəsilib, onların axtarışı davam etdirilir”, - deyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının
məlumatında bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru