İsrailin müdafiə nazirindən Avropa ölkələrinə skandal müraciət – “Türkiyəyə qarşı daha sərt olun”

30-11-2016, 13:57           
İsrailin müdafiə nazirindən Avropa ölkələrinə skandal müraciət – “Türkiyəyə qarşı daha sərt olun”
İsrailin müdafiə naziri Avigdor Libermanın Avropa Birliyini Türkiyəyə qarşı daha sərt bir siyasət yürütməyə çağırdığı iddia olunur.
Avropa.info xəbər verir ki, bu haqda məlumat adının açıqlanmasını istəməyən bir mənbənin “Haaretz” qəzetinə verdiyi açıqlamada yer alır.
Xəbərdə bildirildiyinə görə Liberman keçən həftələrdə görüşdüyü avropalı xarici işlər və müdafiə nazirlərinə “Türkiyəyə qarşı daha sərt bir siyasət yürüdülməlidir. Ərdoğanla əlaqələri yürüdəcəyiniz barədə Putinin etdiklərindən dərs götürməlisiniz” deyib.
Məlumatda həmçinin avropalı nazirlərlə Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra baş verənlər haqqında danışdıqdan sonra Libermanın “Niyə səssiz qalırsınız? Ərdoğana təzyiq edə biləcək bir çox üsula sahibsiniz” dediyi bildirilir.
İddiaya görə Liberman Almaniya daxil olmaqla mühüm gücə sahib Avropa ölkələrinin Ərdoğana və türk hökumətinə qarşı rus təyyarəsinin vurulmasından sonra Putinin rəftar etdiyi kimi rəftar etməli olduğunu söyləyib.
Xəbərdə həmçinin İsrail ordusunun kəşfiyyat rəisi general Herzl Halevinin keçən bazar günü keçirdiyi mətbuat konfransında Türkiyənin irəlilədiyi istiqamət haqqında “pessimist” olduğunu vurğulayaraq “Önümüzdəki beş və ya on ildə Türkiyədə Atatürkün irsinin bir əhəmiyyəti qalmayacaq. Türkiyədə dini bir radikallaşma prosesi müşahidə olunur” dediyi bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.