Ticarət mərkəzində silahlı soyğun...

26-01-2017, 08:56           
Ticarət mərkəzində silahlı soyğun...
Türkiyədə ticarət mərkəzində soyğun hadisəsi baş verib.

Musavat.com Türkiyə xəbər saytlarına istinadən bildirir ki, hadisə Karaman rayonunda baş verib. Məlumata əsasən, şərf ilə üzünü bağlayan kişi alıcıların gözü qarşısında silahı qadın kassirə doğruldaraq kassadakı pulları götürüb və ticarət mərkəzindən uzaqlaşıb.

Hadisə yerinə çağırılan polislər soyğunçunun əlamətlərini öyrəndikdən sonra axtarışa başlayıblar. Şübhəli şəxs isti izlərlə ticarət mərkəzinə yaxın olan ara küçələrin birində tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru