Danimarka parlamenti qondarma "erməni soyqırımı"nı tanıdı

26-01-2017, 19:50           
Danimarka parlamenti qondarma "erməni soyqırımı"nı tanıdı
Yanvarın 26-da Danimarka parlamenti qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib.

Novator.az-ın məlumatına görə, erməni diasporunun təşəbbüsləri ilə gündəmə gələn layihə parlamentə 3 partiyadan təqdim olunub.

Layihəyə 89 deputat tərəfdar çıxıb. 9 nəfər layihənin əleyhinə səs verib, 11 nəfər bitərəf qalıb.

Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək onlarca ölkə (Fransa, İtaliya, İsveçrə, Avstriya, Niderland, Belçika, Yunanıstan, Kipr, Polşa, Litva, Rusiya, Kanada, Uruqvay, Braziliya, Argentina, Çili, Vatikan və s.), Avropa Parlamenti rəsmən tanıyıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru