“Nəyin İslami olduğundan sənin xəbərin varmı?” - Ərdoğandan Klıcdaroğluna cavab

27-01-2017, 14:36           
“Nəyin İslami olduğundan sənin xəbərin varmı?” - Ərdoğandan Klıcdaroğluna cavab
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kılıçdaroğlunun “yeni konstitusiya layihəsi İslami deyil” sözlərinə cavab verib.
Avropa.info xəbər verir ki, Ərdoğan Klıcdaroğlunu tənqid edib.
“Cənab Kılıçdaroğlu “İslami deyil” deyir. Görəsən nəyin İslami olduğundan xəbəri varmı? Deyir ki, “Bu işlər məsləhətləşmə ilə edilir. Sən onsuz da bütün məsləhətləşmələrə qarşı olan bir partiyasan. Təklifi hazırlayanlar, akademiklər, siyasilər, o cümlədən müxtəlif təbəqələrlə məsləhətləşmələr edildi. MHP-nin bir nəfər, AKP-dən bir nəfər müəyyən edildi, onlar da bu layihənin üzərində çalışdılar. Sonunda da parlamentdən əvvəl Konstitusiya Komissiyasında müzakirə olundu. Bunların məşvərətdən anladıqları budur. Konstitusiya Məhkəməsi də qərarını verəcək. Çıxacaq nəticəyə görə də hər kəs yoluna davam edəcəkdir” deyə Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru